PDF Oxu

Dünya

  • 10

İndoneziyanın “Cihad Şahzadəsi”ni həbs ediblər

İndoneziyanın “Cihad Şahzadəsi”ni həbs ediblər
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İndoneziyada internetdə özünü "Cihad Şahzadəsi" adlandıran "Ərrəhman.con" islam saytının sahibi Məhəmməd Cibrili həbs etmişlər. Ölkə polisinin dediyinə görə, M.Cibril 2009-cu ilin iyulunda Cakarta otelində törədilmiş partlayışın təşkilatçılarından biri olmuşdur. M.Cibrili terror aktını maliyyələşdirməkdə ittiham edirlər.
Cakarta polisi M.Cibrili avqustun 25-də Cakarta ətrafında həbs etmişdir. Polis onun saytı olan ofisində axtarış aparmışdır. İslamçıların ittiham olunduqları terror aktı 2009-cu ilin 17 iyulunda İndoneziya paytaxtında baş vermişdi. O vaxt bir neçə dəqiqəlik fasilə ilə "Ritz-Carlton" və "Mariott" mehmanxanalarında iki partlayış baş vermişdir. Nəticədə 6 nəfər xarici ölkə vətəndaşı olan 9 nəfər həlak olmuş, onlarla insan yaralanmışdır. Polisin məlumatına görə, terror aktlarını kamikadezlər törətmişlər.
Partlayışın məsuliyyətini "Cemaa İslamiyyə" terrorçu qruplaşması öz üzərinə götürmüşdür. Təşkilatçıların liderlərindən biri Noordin Məhəmməd Top avqustun 7-də həbs edilmişdir.

Digər xəbərlər