PDF Oxu

Dünya

  • 10

Dəməşq Bağdadın etirazına səfirini geri çağırmaqla cavab verib

Dəməşq Bağdadın etirazına səfirini geri çağırmaqla cavab verib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Suriya hökuməti avqustun 25-də öz səfirini İraqdan geri çağırmaq qərarı qəbul etmişdir. Suriyanın Xarici İşlər Nazirliyi nümayəndələrinin dediklərinə görə, bu addımın atılmasına səbəb İraq səfirinin Dəməşqdən geri çağırılması və Bağdad rəsmilərinin avqustun 19-da təşkil edilmiş terror aktlarında əli olan iki nəfərin İraqa təslim edilməsi tələbi olmuşdur.
Suriya hökumətinin bəyanatında deyilir ki, İraq tərəf hazırda Suriyada gizlənmiş "Baas" partiyasının liderləri Yunis əl-Əhməd və Saddam Fərhanın terror aktlarının təşkilində iştirakını təmin edən faktlar təqdim edə bilməsə, Dəməşq bunu İraqın daxili siyasi məqsədlərinin gerçəkləşdirilməsi kimi başa düşəcəkdir.
Avqustun 23-də İraq televiziyası bir videoyazı nümayiş etdirmişdi. Həmin videoyazıda bir keçmiş polis rəisi teror aktlarının təşkilində Fərhan və əl-Əhmədin əli olduğunu etiraf etmişdir. Bundan sonra rəsmi Bağdad öz səfirini Suriyadan geri çağırmışdı. Avqustun 25-də terror aktlarının məsuliyyətini İraqın "Əl-Kaidə" təşkilatı öz üzərinə götürmüşdü.
Avqustun 19-da törədilmiş onlarla terror aktından sonra 100 nəfərdən çox adam həlak olmuş, 600 nəfər yaralanmışdır. Partlayıcı qurğuların böyük əksəriyyəti hökumət binaları və polis məntəqələri yaxınlığında dayanmış avtomobillərə bərkidilmişdi. Ən böyük partlayışlar maliyyə və xarici işlər nazirliyinin binaları yaxınlığında baş vermişdir. Burada yük avtomobilləri partladılmışdır.

Digər xəbərlər