PDF Oxu

Dünya

  • 13

Pakistan talibləri öldürülmüş liderlərinə əvəzedici tapıblar

Pakistan talibləri öldürülmüş liderlərinə əvəzedici tapıblar
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, "Taliban" islam hərəkatının Pakistan şöbəsinin yeni lideri döyüşkən komandir Həkimulla Məhsud olmuşdur. H.Məhsud və Vəli ur-Rəhman adlı digər qurum lideri taliblərin əvvəlki lideri Bəytulla Məhsudun öldürüldüyü haqda jurnalistlərə məlumat vermişlər. Onların dediklərinə görə, B.Məhsud avqustun 5-də ABŞ-ın pilotsuz təyyarələrinin raket zərbələrindən sonra, yaralanmış və avqustun 23-də həlak olmuşdur. Deyilənə görə, avqustun 8-də Vəli ur-Rəhman və Həkimulla Məhsud liderlik üstündə bir-biri ilə atışmış, nəticədə, H.Məhsud həlak olmuşdur. Ancaq avqustun 25-də ur-Rəhman hadisənin bu cür şərhini şayiə kimi xarakterizə etmişdir. Onun dediyinə görə, H.Məhsudun Pakistan taliblərinin lideri seçilməsinə o da razılıq vermişdir.

Digər xəbərlər