PDF Oxu

Dünya

  • 10

Generallar Barak Obamaya Əfqanıstanda ordu hissələrinin azlığından şikayət ediblər

Generallar Barak Obamaya Əfqanıstanda ordu hissələrinin azlığından şikayət ediblər
"Nyu-York Tayms" qəzetinin yazdığına görə, ABŞ hərbçilərinin Əfqanıstandakı missiyasını uğurla yerinə yetirmək üçün əsgər və zabit heyəti çatışmır. Generallar B.Obamanın xüsusi nümayəndəsi Riçard Xolbrukla görüşləri zamanı bu problemdən bəhs etmişlər. Hərbi rəislərin dediklərinə görə, yaxın günlərdə yeni kontingentin sıralarını möhkəmləndirməsinə baxmayaraq, fəallaşmış taliblərlə mübarizə aparmaqda çətinlik çəkirlər. Onlar, əsasən, Əfqanıstanın cənub hissəsində "Taliban" döyüşçülərinin şəhər və kəndləri raket atəşinə tutmalarından şikayətlənmişlər.
Əfqanıstanın şərq hissəsində də vəziyyət mürəkkəb olaraq qalmaqdadır. Burada cəmləşmiş Cəlaluddin və Siracuddin Xakkanilərin formalaşdırmış olduqları döyüşçülər şəbəkəsi daim ABŞ hərbçiləri və Əfqanıstanın hökumət qüvvələrini narahat edir. Avqustun 23-də ABŞ-ın yüksək vəzifəli hərbi məmuru - qərargah rəislərinin birləşmiş komitəsinin sədri Mayk Mallen Əfqanıstandakı vəziyyətin olduqca ağır olduğunu bildirmişdir. "Vəziyyət kifayət qədər ciddidir və get-gedə pisləşməkdədir. Mən artıq iki ildir təkrar edirəm ki, "Taliban" hərəkatı döyüşçülərinin hücumları daha effektlidir və bu amil genişlənməkdədir" deyə M.Mallen bildirmişdir.

Digər xəbərlər