PDF Oxu

Dünya

  • 12

Ağ Ev ekspertləri “donuz qripi”ndən minlərlə adamın öləcəyini proqnozlaşdırıblar

Ağ Ev ekspertləri “donuz qripi”ndən minlərlə adamın öləcəyini proqnozlaşdırıblar
"Vaşinqton Post" qəzetinin yazdığına görə, bu ilin payızında və üzümüzə gələn qışda ABŞ-da "donuz qripi"ndən ölənlərin sayı 90 min nəfərə çatacaqdır. Qəzet qeyd edir ki, bu proqnozu Barak Obama administrasiyasının elm və texnologiya üzrə prezident şurası özünün 86 səhifəlik məruzəsində vermişdir.
Məruzədə göstərilir ki, "donuz qripi" ölkənin 60-120 milyon əhalisində müşahidə edilə bilər. Mütəxəssislər məsləhət görürlər ki, qripə yoluxanlar dərhal həkimlərə müraciət etsinlər. "Donuz qripi"nə yoxulanların əksəriyyəti xəstəliyi yüngül keçirəcəklər, ancaq 300 min nəfərə yaxın adam intensiv terapiyaya ehtiyac duyacaqlar. Ekspertlər ölkə regionları xəstəxanalarının "donuz qripi"nə yoluxanlarla dolacağını ehtimal edirlər.
"Los-Anceles Tayms" qəzetinin yazdığına görə, qripin mövsümi epidemiyası 35 min nəfərə yaxın ABŞ əhalisini ölümə məhkum edəcəkdir. Ölənlərin əksəriyyətinin yaşlı nəslin nümayəndələrinin olacağı ehtimal edilir.
Hazırda 168 ölkənin 1,8 min əhalisi "donuz qripi"ndən həlak olmuşdur. ABŞ-da bu xəstəlikdən ölənlərin sayı 522 nəfərə çatmışdır. Xəstəliyin "ikinci dalğası"nın bir neçə həftə ərzində Şimal yarımkürəsində müşahidə ediləcəyi gözlənilir. "Bu, bizim vərdiş etdiyimiz qrip sindromuna bənzəmir. Biz yalnız qrip mövsümünün qaynar çağında xəstəliyin nə dərəcədə təhlükəli olduğunu müəyyənləşdirə biləcəyik" deyə ABŞ-ın səhiyyə naziri Ketlin Sibelius Atlantada keçirilən mətbuat konfransında bildirmişdir.

Digər xəbərlər