PDF Oxu

Dünya

  • 11

Yuşşenko vətəndaşlardan təsdiq etdiyi konstitusiya layihəsini müzairə etməyi xahiş edib

Yuşşenko vətəndaşlardan təsdiq etdiyi konstitusiya layihəsini müzairə etməyi xahiş edib
Ukrayna prezidenti Viktor Yuşşenko ölkənin müstəqilliyinin 18 illiyi şərəfinə keçirilən mitinqdə etdiyi çıxışında ölkə vətəndaşlarına müraciət etmişdir ki, onun hazırladığı konstitusiya layihəsini müzakirə etsinlər. "Mən konstitusiya layihəsinin ümumxalq müzakirəsinə verilməsi haqda sərəncam hazırlamışam. Hər bir ukraynalının fikrini dinləməyə hazıram" deyə Ukrayna prezidenti Kiyevin Müstəqillik meydanına qoyulmuş tribunadan əhaliyə müraciət etmişdir.
V.Yuşşenko öz qanun layihəsini deputatlara bu ilin 31 martında Ali Radadakı çıxışı zamanı təqdim etmişdir. O, 12 təklif irəli sürmüşdür. Bu təklifdə parlamentin ikipalatalı olması, Ali Radanın Milli Məclis adlandırılmasını, yeni seçilmiş aşağı palatada proporsional sistemin tətbiq edilməsini irəli sürmüşdür. O, yuxarı palatanı (Senatı) majoritar qaydada seçməyi təklif etmiş və digər məsələləri deputatların nəzərinə çatdırmışdır.
Ali Rada deputatları prezidentin təklifinə heç bir dəyişiklik etməmişlər. V.Yuşşenko öz layihəsinin deputatlar tərəfindən təsdiq edilməsini və ümumxalq müzakirəsinə verilməsini tələb etmişdir.

Digər xəbərlər