PDF Oxu

Dünya

  • 14

Həmid Karzayın rəqibləri seçkilərdə kütləvi qanun pozuntusunun olduğunu bəyan ediblər

Həmid Karzayın rəqibləri seçkilərdə kütləvi qanun pozuntusunun olduğunu bəyan ediblər

"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Əfqanıstanın iqtidarda olan prezidenti Həmid Karzayın başlıca rəqibi keçmiş xarici işlər naziri Abdulla Abdulla səsvermə zamanı prezident seçkilərində kütləvi qanun pozuntusunun olduğunu bəyan etmişdir.
A.Abdullanın dediyinə görə, ölkənin bəzi rayonlarında seçki məntəqəsinə gələnlərin sayı süni surətdə dörd dəfə artırılmışdır. H.Karzayın başlıca rəqibi tərəfdarlarının qanun pozuntusu faktlarını araşdırdığını bildirmişdir. Bir müddət əvvəl A.Abdullanın tərəfdarları ölkə MSK-na 40 şikayətlə müraciət etmişdilər. Həmin şikayətlər, əsasən, yerli hakimiyyət dairələrinin seçicilərə təzyiqi ilə bağlı olmuşdur.
Əfqanıstanda avqustun 20-də keçirilən prezident seçkilərinin ertəsi günü H.Karzayın tərəfdarları iqtidarda olan prezidentin qalib gəldiyini təntənəli surətdə bayram etmişlər. Ancaq H.Karzaya nə qədər seçicinin səs verdiyi haqda dəqiq məlumat verməmişlər. Seçkinin rəsmi nəticələri sentyabrdan tez elan edilməyəcəkdir.

Digər xəbərlər