PDF Oxu

Dünya

  • 14

Yunanıstanda baş vermiş meşə yanğınları kütləvi evakuasiyaya səbəb olub

Yunanıstanda baş vermiş meşə yanğınları kütləvi evakuasiyaya səbəb olub
"Assoşieyted Press" informasiya agentliyinin avqustun 24-də yaydığı məlumata görə, Afinanın ətraf yaşayış məntəqələrinin əhalisini meşə yanğınları səbəbindən evakuasiya etməyə başlamışlar. Afinanın şimali-şərq hissəsinin 40 kilometrliyindən Marafon şəhəri dairəsindən 150 ev evakuasiya edilmişdir.
Xilasedici xidmət əməkdaşlarının məlumatına görə, Afinanın şərq hissəsində vəziyyət gərgin olaraq qalmaqdadır. Bu ərazilərdə yanğınsöndürənlər yanğının yayılmasının qarşısını ala bilmirlər. Alovla mübarizə aparmaq üçün su çatışmazlığı hiss olunur. Nəticədə onlarla ev və avtomobil yanıb külə dönmüşdür. Yunanıstan prezidenti Karolos Papulyas mürəkkəb şəraiti nəzərə alaraq məzuniyyətini yarımçıq qoyub ölkəyə qayıtmışdır. İlkin məlumata görə, bədən xəsarəti almış iki nəfər xəstəxanaya yerləşdirilmişdir.
Afinanın şərq yaşayış məntəqələrində meşə yanğınları avqustun 21-də başlanmışdır. Yanğın söndürülməsində 600 nəfərdən çox yanğınsöndürən, 12 təyyarə və 7 vertolyot iştirak edir. Yanğınla mübarizə aparmaqda çətinlik çəkən Yunanıstan hökuməti kömək üçün Avropa Birliyinə müraciət etmişdir. 2007-ci ildə Yunanıstanda baş vermiş meşə yanğınları nəticəsində, rəsmi məlumata görə, 77 nəfər həlak olmuşdur.

Digər xəbərlər