PDF Oxu

Dünya

  • 12

ABŞ kontinentlərarası ballistik raketlərin sınağını keçirib

ABŞ kontinentlərarası ballistik raketlərin sınağını keçirib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın hərbi-hava qüvvələri "Minuteman 3" kontinentlərarası ballistik raketlərin sınağını keçirmişdir. Raketin buraxılışı avqustun 23-də yerli vaxtla səhər saat 9.01 dəqiqədə Kaliforniya ştatının Sanda-Barbara dairəsinin Vandenberq aviabazası ərazisindən yerinə yetirilmişdir. Raketin nüvə başlıqlı əsas hissəsi buraxılış məntəqəsindən 6750 kilometr kənarda yerləşən Marşall adalarındakı şərti hədəfi dəf etmişdir. Sınağın məqsədi raket sisteminin dəqiqliyini yoxlamaq olmuşdur. Təcrübə ABŞ-ın hərbi strateji komandanlığı tərəfindən energetika nazirliyinin laboratoriyasında keçirilmişdir.
Xatırladırıq ki, bundan əvvəlki kontinentlərarası ballistik raketlərin analoji sınağı bu ilin 29 iyununda keçirilmişdir. O vaxt eyni məntəqədən buraxılmış və Marşall adalarındakı eyni hədəfə uçan raket başlığı 6550 kilometr məsafə qət edib hədəfə dəymişdir.
"Minuteman 3" ballistik raketi 1970-ci ildən ABŞ ordusunun silahlı qüvvələrində təmsil olunur. 2007-ci il məlumatına görə, ABŞ-ın sihalı qüvvələrində 500-dək bu cür raket vardır və onların hər biri üç nüvə başlığı daşımaqla 9,6 kilometr məsafədən hədəfi dəf etməyə qadirdir. ABŞ hərbçiləri 2020-ci ilədək bu raketlərdən istifadə etmək niyyətindədir. Daha sonra raketlərin istismarı 2040-cı ilədək uzadılacaqdır.

Digər xəbərlər