PDF Oxu

Dünya

  • 5

Həmid Karzay öz qələbəsini elan edib

Həmid Karzay öz qələbəsini elan edib
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, Əfqanıstanın iqtidarda olan prezidenti Həmid Karzayın seçkiönü qərargahının rəhbəri Din Məhəmməd prezident seçkilərində irəli sürdükləri namizədin qalib gəldiyini bəyan etmişdir. Onun dediyinə görə, H.Karzay seçicilərin əksəriyyətinin səsini qazanmışdır.
Seçkinin nəticələrini MSK-nın elan edəcəyini bildirən Din Məhəmməd seçkinin ilkin nəticələrinə əsaslanaraq, "İkinci tur olmayacaqdır" deyə bildirmişdir."Assoşieyted Press"in məlumatına görə, H.Karzayın başlıca rəqibi olan keçmiş xarici işlər naziri Abdulla Abdulla liderlik etməkdədir. Ancaq bu haqda, hələlik, dəqiq məlumat yoxdur.
Əfqanıstanda prezident seçkiləri avqustun 20-də başlamışdır. Seçki keçirilən gün "Taliban" hərəkatı üzvləri ölkədə bir neçə terror aktı törətmiş, həmçinin, polis və seçki məntəqələrinə hücum etmişlər. Ölkədə qeyri-sabit vəziyyətin hökm sürdüyünə görə, cənub bölgələrində seçicilərin seçki məntəqələrinə gəlmə göstəriciləri çox aşağı olmuşdur ki, bu da H.Karzayın qələbə şansını azalda bilər.
"Assoşieyted Press"in məlumatına görə, seçkilərin nəticələri gələn həftə elan ediləcəkdir. İlkin məlumata görə, əhalinin 40-50 faizi seçki məntəqələrinə gəlmişdir.

Digər xəbərlər