PDF Oxu

Dünya

  • 12

Putin HES-də itkin düşənləri həlak olanların sırasına daxil edib

Putin HES-də itkin düşənləri həlak olanların sırasına daxil edib
"İterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiyanın baş naziri Vladimir Putin həlak olanların ailələrinə verilən ödənc məbləğlərinin itkin düşənlərin də ailələrinə verilməsi haqda sərəncam vermişdir. Söhbət Xakasiyanın Çeremuşki qəsəbəsində yerləşən hidro-elektro stansiyada baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar Rusiya Federasiyası hökumətinin tədbirindən gedir.
V.Putinin dediyinə görə, "Rus Hidro" kompaniyası həlak olmuş şəxslərin ailələrinə 1 milyon rubl ödəmək haqda qərar qəbul etmişdir. "Bu, düzgün qərar olsa da, məbləğ azdır. Bu ödənc itkin düşmüş şəxslərin ailələrinə də verilməlidir" deyə V.Putin bildirmişdir. Onun dediyinə görə, həlak olanların və itkin düşənlərin ailələrinə ölkənin federal büdcəsindən 1 milyon rubl məbləğindən birdəfəlik ödənc verilməsi də nəzərdə tutulur. O, Xakasiya rəhbərliyinin tezliklə adamları işlə təmin etməyə çağırmışdır.
Sayan-Şuşensk HES-ində qəza avqustun 17-də səhər baş vermişdir. Son məlumatlara görə, qəza nəticəsində 26 nəfər həlak olmuş, 49 nəfər itkin düşmüşdür.

Digər xəbərlər