PDF Oxu

Dünya

  • 9

İraqda terror aktı nəticəsində 7 nəfər həlak olub

İraqda terror aktı nəticəsində 7 nəfər həlak olub
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, avqustun 20-də İraqın Babil əyalətində baş vermiş bir neçə terror aktı nəticəsində ən azı 7 nəfər həlak olmuş, 55 nəfər yaralanmışdır. Partlayışlardan biri Kərbala şəhəri yaxınlığında baş vermişdir. Partlayıcı qurğu yaşayış məntəqələrindən birinin bazarı yaxınlığında yol kənarında qoyulmuşdu. Partlayış nəticəsində 4 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır. Başqa bir agentliyin məlumatına görə, başqa bir yaşayış məntəqəsi minomyot atəşinə tutulmuşdur və nəticədə 3 nəfər həlak olmuş, 41 nəfər yaralanmışdır. Üçüncü bir partlayış haqda da məlumat verilir. Ancaq məlumatı hansı agentliyin verdiyi və qurbanları sayı haqda informasiya verilmir. "İTAR-TASS" informasiya agentliyi "Əl-Ərəbiyyə" peyk telekanalına əsaslanaraq, Babildə 5 partlayışın baş verdiyi bildirir. Bu məlumata görə, həlak olanların sayı 30 nəfər, yaralanların sayı isə 500 nəfərdən çox olmuşdur.
Bir gün əvvəl isə Bağdadda eyni vaxta on partlayış baş vermişdir. Nəticədə ən azı 95 nəfər həlak olmuşdur.

Digər xəbərlər