PDF Oxu

Dünya

  • 13

Əfqanıstanda prezident seçkiləri başlanıb

Əfqanıstanda prezident seçkiləri başlanıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, avqustun 20-də yerli vaxtla səhər saat 7-də Əfqanıstanda prezident seçkilərinə səsvermə başlanmışdır. Bu ölkədə 17 milyon nəfərədək insan səsvermə hüququna malikdir. Prezidentliyə namizədlər arasında qələbə çalmağa real namizəd Qərbin dəstəklədiyi ölkə prezidenti Həmid Karzaydır.  Əfqanıstanın keçmiş xarici işlər naziri Abdulla Abdulla onun başlıca rəqibi hesab edilir. Prezidentliyə namizədlərin sayı  siyahı üzrə 36 nəfərdir. Əfqanıstan qanunçuluğuna əsasən, ölkə prezidenti 5 il müddətinə seçilir.
Seçkilər ərəfəsində "Taliban" hərəkatı rəhbərliyi seçki məntəqələrində terror aktları törədəcəklərini vəd etmişlər. Xatırladırıq ki, "Taliban" hərəkatı Əfqanıstanın bir hissəsinə nəzarət edir. Əfqanıstan hökuməti isə bəyan etmişdi ki, təhlükəsizliyin təmin olunması çətin olan seçki məntəqələrində səsvermə təxirə salınacaqdır.
Seçkilər ərəfəsində Əfqanıstanda bir neçə böyük terror aktı törədilmişdir. Nəticədə onlarla insan həlak olmuşdur. "Taliban" hərəkatı terror aktlarının məsuliyyətini öz üzərinə götürmüşdür.

Digər xəbərlər