PDF Oxu

Dünya

  • 7

Alp dağlarında üç ETA silahlısı həbs edilib

Alp dağlarında üç ETA silahlısı həbs edilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Fransada Alp dağ xizəyi kurortunda özünü şübhəli aparan üç nəfər ETA Bask separatçı qruplaşmasının üzvləri həbs edilmişdir. İspaniyanın xarici işlər naziri Alfredo Peres Rubalkabanın jurnalistlərə dediyinə görə, Fransa polisinin həbs etdiyi adamlar Alberto Maçayn, Aitzol Etksaburu və Andoni Sorasoladan ibarətdir. İspaniya hüquq-mühafizə orqanlarının məlumatına görə, həbs edilənlərin hər üçü ETA separatçı qruplaşmasının yüksək ranqlı üzvləridir.
3 separatçının həbsindən sonra Fransa polisi İspaniya ilə sərhədin 40 kilometrliyində Ferriers şəhərində ETA-ya məxsus partlayıcı qurğu komponentləri hazırlayan anbar aşkar etmişdir. Anbarda 100 kiloqramadək ammiak selitri və 12 litr nitrometan aşkar edilmişdir.
 "Röyter" qeyd edir ki, həbs edilənlər arasında olan Alberto Maçayn iyulun axırlarında Mayorkada jandarmerya binasını partlatdığı üçün axtarışda olmuşdur.
ETA terrorçu təşkilatı 1959-cu ildə yaradılmışdır. Bu qruplaşma İspaniyanın şimalında və Fransanın cənubi-qərbində Bask azsaylı xalqının müstəqil dövlətini yaratmaq istəyir.

Digər xəbərlər