PDF Oxu

Dünya

  • 16

KXDR nümayəndələri Cənubi Koreyanın keçmiş prezidenti ilə vidalaşmağa gedib

KXDR nümayəndələri Cənubi Koreyanın keçmiş prezidenti ilə vidalaşmağa gedib
"Frans Press" informasiya agentliyinin avqustun 20-də yaydığı məlumata görə, Seul KXDR nümayəndə heyətinin Cənubi Koreyaya gəlib, avqustun 18-də vəfat etmiş keçmiş ölkə prezidenti Kim De Çjunla vidalaşmalarına razılıq vermişdir. Tərəflər belə razılığa gəlmişlər ki, Şimali Koreya nümayəndələri cümə günü Seuala gəlib orada cəmi bir gün qalacaqlar. Kim De Çjunun dəfnindən bir gün əvvəl Şimali Koreya nümayəndələri ölkəni tərk etməlidirlər.
Seulda bu hadisəni belə şərh etmişlər ki, Şimali Koreya nümayəndələrini ölkəyə  mərhumun qohumları dəvət etmişlər. Kim De Çjun 1998-2003-cü illərdə  Cənubi Koreya prezidenti olarkən, şimal qonşuları ilə yaxınlaşma siyasəti yürütmüşdür. Şimal nümayəndələrinin cənuba gəlməsini Seulda  ölkələr arasındakı ikitərəfli münasibətlərin xeyrinə olacağını deyənlər də var.
Kim De Çjun avqustun 18-də Seulun Ense Universitetinin xəstəxanasında 85 yaşında ürək çatışmazlığında vəfat etmişdir. Həmin gün Şimali Koreya prezidenti Kim Çen İr keçmiş prezidentin ailəsinə və yaxınlarına başsağlığı vermişdir.

Digər xəbərlər