PDF Oxu

Dünya

  • 9

Obamanın əleyhdarları onun çıxışına əlisilahlı gəliblər

Obamanın əleyhdarları onun çıxışına əlisilahlı gəliblər
"CNN" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obamanın avqustun 17-də Arizona ştatının Feniks şəhərində veteranlar qarşısında çıxışı etiraz aksiyası ilə qarşılanmışdır. Odlu silahın daşınması hüququnun müdafiəçiləri dinc nümayiş keçirməyi qərara almışlar.
Bir çox nümayişçilər mitinqə silahlı gəlmişdilər. Bəzi nümayişçilərin çiyinlərindən avtomat silahlar asılmışdı. Arizona ştatında açıq surətdə silah gəzdirməyə icazə verildiyindən, nümayiş iştirakçılarından heç biri həbs edilməmişdir. ABŞ məxfi xidmətinin nümayəndələrinin dediklərinə görə, aksiya iştirakçıları B.Obamadan uzaqda olduqlarından prezidentin həyatı üçün heç bir təhlükə gözlənilmirdi. Bundan başqa xüsusi xidmət orqanı əməkdaşları və polis müşahidə aparırdı.
B.Obamanın çıxışı zamanı silah gəzdirilməsi faktı ötən həftə Nyu-Gempşir ştatının Portsmut şəhər meriyasının binası yaxınlığında da müşahidə edilmişdi. B.Obama çıxış edərkən, aksiya iştirakçılarının birinin qurşağında tapança olduğu müəyyənləşdirilmişdi. Bu ştatın qanunları da silah gəzdirilməsinə icazə verir.
B.Obamanın təmsilçisi olduğu Demokratlar Partiyası silah gəzdirilməsi və satışı üzərinə məhdudiyyət qoyulmasını tələb edir. Respublikaçılar Partiyası isə amerikalıların silah gəzdirməsi hüququnu müdafiə edir. İqtisadi böhranın əvvəllərindən ABŞ-da odlu silahlara tələbat artmağa başlamışdır. ABŞ vətəndaşları cinayətkarlığın artmasından daha çox ehtiyat etməyə başlamışlar. Seçkilərdə B.Obamanın qələbəsindən sonra amerikalılar daha çox silah almağa başlamışdılar. Onlar qorxurdular ki, demokrat prezident silah satışı üzərinə məhdudiyyət qoyulmasını tələb edər. B.Obama öz çıxışlarında bəyan etmişdi ki, o, odlu silahları vətəndaşların əllərindən almaq fikrində deyildir.

Digər xəbərlər