PDF Oxu

Dünya

  • 8

Yuşşenko prezident seçkiləri haqda yeni qanunun üzərinə veto qoyub

Yuşşenko prezident seçkiləri haqda yeni qanunun üzərinə veto qoyub
"İTAR-TASS" informasiya agentliyinin yaydığı məlumata görə, Ukrayna prezidenti Viktor Yuşşenko prezident seçkiləri haqqında yeni qanunun üzərinə veto qoymuşdur. Agentliyin məlumatına görə, yaxın vaxtlarda V.Yuşşenko katibliyinin başçısının müavini və prezidentin Konstitusiya Məhkəməsi və MSK-dakı nümayəndəsi Marina Stavniyçuk prezidetin mövqeyini ifadə edəcəkdir.
Avqustun 17-də Ukrayna prezident seçkiləri haqda qanunda dəyişiklik edilməsinə ayırdığı vaxt başa çatmışdır. Dəyişkiliyə əsasən, seçki kampaniyasının müddəti 120 gündən 90 günə endirilir. Nəticədə prezident seçkisini sentyabrın 19-dan oktyabrın 19-na keçirmək lazım gəlmişdir. Prezidentliyə namizədlərin zəmanətlərinin məbləği 500 min qrivendən (61 min dollar) 2,5 milyon qrivenə (304 min dollar) çatmışdır.
Bir müddət əvvəl Ali Rada prezident seçkilərini 2010-cu ilin 17 yanvarına təyin etmişdir.

Digər xəbərlər