PDF Oxu

Dünya

  • 10

Tayvanın müdafiə naziri tayfunla əlaqədar istefa verib

Tayvanın müdafiə naziri tayfunla əlaqədar istefa verib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Tayvanın iki yüksək vəzifəli məmuru "Morakot" qasırğasının nəticələri ilə kifayət qədər mübarizə apara bilmədikləri üçün istefaya çıxmaq haqda qərar qəbul etmişlər. Tayvanın müdafiə naziri Çen Çjaomin istefa ərizəsində yazırdı ki, onu ordu hissələrini kifayət qədər yavaş hərəkət etməkdə və adamların xilasını yavaş təşkil etməkdə ittiham edirdilər.
Avqustun 8-də - təbii fəalkəti ikinci günü qasırğanın nəticələrini aradan qaldırmaq üçün cəmi 2100 hərbi qulluqçu cəlb edilmişdi. 9-10 avqustda hərbçilərin sayı 5300 nəfərə çatmışdı. Yalnız avqustun 14-də müdafiə nazirliyi xilasetmə əməliyyatına 43300 nəfər hərbi qulluqçu cəlb etmişdi. Təbii fəlakətin aradan qaldırılması üçün koordinasiya işi apramağa borclu olan Tayvan administrasiyasının baş katibi Süye Syançuan avqustun 8-də ailəsi ilə birlikdə beşulduzlu oteldə istirahət edirdi. Ünvanına edilən kəsin tənqiddən sonra baş katib istefa ərizəsi yazmışdır.
"Morakot" tayfunu Tayvan ərazisinə avqustun 7-də çatmışdı. Prezidentin bəyanatına görə, 500 nəfərdən çox adam təbii fəlakətin qurbanı olmuşdur. Leysan yağışlarının yağması nəticəsində yüzlərlə yol dağıdılmış, onlarla körpü sıradan çıxmışdır.

Digər xəbərlər