PDF Oxu

Dünya

  • 11

Moldova Rusiyanı müharibəyə cəhddə ittiham edib

Moldova Rusiyanı müharibəyə cəhddə ittiham edib
Moldova baş nazirinin müavini Yuri Roşka Rumıniyanın "Ziua" qəzetinə verdiyi müsahibədə Rusiyanı Moldovaya qarşı müharibə aparmaq cəhdində ittiham etmişdir. "Rusiya Moldavaya qarşı çoxdandır ki, müharibə aparır. Biz silahlanmasaq da, müharibə vəziyyətindəyik. Bu müharibəni informasiya, iqtisadi və siyasi müharibə adlandırmaq olar" deyə Y.Yoşka bildirmişdir. Y.Roşka belə hesab edir ki, Moldova və Rumıniya arasında münasibətlərin gərginləşməsində də Rusiya məsuliyyət daşıyır. Son illərdə bu iki respublika arasında xeyli konflikt baş vermişdir. Bunların bir çoxu Buxarestin Moldovanı  Rumıniyanın tərkibinə qaytarmaq istəyi ilə bağlıdır. Y.Roşka belə hesab edir ki, "süni konfliktin təşkili" arxasında Moskva gizlənir.
Y.Roşka  Xristian-Demokratik Xalq Partiyasının lideridir və anti-Rusiya meyli üstündə köklənmişdir. 2003-cü ildə o, Rusiyanın Pridenstrovya konfliktinin nizama salınması planı əleyhinə etiraz aksiyası təşkil etmiş, Rusiyanın bayrağının və o vaxtkı prezident Vladimir Putinin portretinin yandırılmasında fəallıq göstərmişdir. Y.Roşka 2005-ci ildə Moldava Kommunist Partiyasının lideri prezident Vladimir Voroninin müttəfiqi olmuşdur. O vaxt V.Voronin Y.Roşkanın partiyasının deputatlarını dəstəkləməyi məqbul hesab etmişdir.  O vaxt Y.Roşka Moldova kommunistləri ilə birləşərək "Rusiya imperializmi əleyhinə mübarizə aparacağını" bildirmişdir. 2009-cu il aprel qarşıdurması zamanı Y.Roşka Rusiyanı ittiham etmişdi. Onun dediyinə görə, Rusiyanın xüsusi xidmət orqanı əməkdaşları Moldova prezidentini məhv etməyi planlaşdırır. Bundan sonra Moldova prezidenti Y.Roşkanı ölkənin baş nazirinin müavini təyin edib, güc strukturlarını ona tapşırmışdı.

Digər xəbərlər