PDF Oxu

Dünya

  • 4

Gürcüstan rəsmi surətdə MDB üzvlüyündən çıxıb

Gürcüstan rəsmi surətdə MDB üzvlüyündən çıxıb
"İTAR-TASS" informasiya agentliyinin yaydığı məlumata görə,  avqustun 18-dən etibarən Gürcüstan rəsmi surətdə Müstəqil Dövlətlər Birliyi üzvlüyündən çıxmışdır. MDB-nin nizamnaməsinə görə, birlik daxilindən çıxma proseduru müvafiq rəsmi nota göndərdikdən 12 ay sonra yerinə yetirilir. Gürcüstanın xarici işlər naziri MDB-nin İcraiyyə Komitəsinin 2008-ci ilin 18 avqustunda müvafiq nota göndərmişdir.
 Buna baxmayaraq, Gürcüstan BMT dairəsində imzaladığı müqavilələri yerinə yetirmək üçün öz üzərinə öhdəlik götürmüşdür. Tbilisi bu öhdəlikləri yerinə yetirməkdə davam edəcəkdir. Bu cür öhdəliklərin sayı 70-ə yaxındır.
Gürcüstanın MBD üzvlüyündən çıxması üçün ölkə rəhbərinin dəfələrlə bəyanatlar versə də, parlament bu qərarı 2008-ci ilin 14-də təsdiq etmişdir. Gürcüstan prezidenti Mixail Saakaşvili Ukraynanı da MDB-nin sıralarını tərk etməyə çağırmışdır. Gürcüstanın MDB-dəki səfiri Zurab Xonelidze MDB üzvlüyündən çıxmaq təklifinə görə, M.Saakaşvilini tənqid etmişdir. Onun dediyinə görə, Gürcüstanın MDB üzvlüyündən çıxması daha çox Rusiyanın xeyrinədir.
MDB 1991-ci ildə yaradılmışdır və indiyədək onun postsovet məkanı daxilində 12 üzv dövləti olmuşdur. Gürcüstan MDB-yə 1993-cü ildə qəbul edilmişdi.

Digər xəbərlər