PDF Oxu

Dünya

  • 6

Barak Obama Nazranda həlak olanların ailələrinə başsağlığı verib

Barak Obama Nazranda həlak olanların ailələrinə başsağlığı verib
ABŞ prezidenti Barak Obama Nazranda törədilmiş terror aktı nəticəsində həlak olanların ailələrinə Rusiya hökuməti vasitəsilə başsağlığı göndərmişdir. Ağ Evin saytında deyilir ki, B.Obama "heç bir terrorizm aktını təmizə çıxarmaq olmaz"  deyə bəyanat vermişdir. ABŞ prezidenti belə hesab edir ki, bu cür terror aktları regionda vəziyyətin gərginləşməsinə xidmət edir.
Bazar ertəsi səhər İnquşetiyanın paytaxtı Nazranın daxili işlər şöbəsinin binası yaxınlığında içərisinə partladıcı maddə bərkidilmiş "Qazel"  avtomobili partladılmışdır. İçərisində təxminən 200 kiloqorama yaxın trotil ekvivalenti olan partladıcı qurğunu avtomobilin içərisində olan iki kamikadze işə salmışdır. Nəticədə 20 nəfər həlak olmuş, 138 nəfər yaralanmış və 20 nəfərə yaxın adam uçmuş binaların altında qalmışdır. Hadisədən dərhal sonra Rusiya prezidenti Dmitri Medvedev İnquşetiyanın daxili işlər naziri Ruslan Meyriyevi tutduğu vəzifədən azad etmişdir.

Digər xəbərlər