PDF Oxu

Dünya

  • 9

Bağdadda partlayış nəticəsində 8 nəfər həlak olub

Bağdadda partlayış nəticəsində 8 nəfər həlak olub
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Bağdadın, əsasən, şiələr yaşayan hissəsində yerləşən bazarda baş vermiş iki partlayış nəticəsində 8 nəfər həlak olmuş, 19 nəfər yaralanmışdır. Bağdad polisinin məlumatına görə, partlayıcı maddələr plastik paketlərdə gizlədilmişdir. Polis hər iki partlayışın təxminən eyni anda yerli vaxtla saat 20 radələrində baş verdiyini bildirmişdir. "Röyter"in məlumatına görə, ölənlər və yaralananlar haqda rəsmi məlumat verilməyib.
"Assoşieyted Press"in məlumatına görə, terror aktları Bağdadın şərq hissəsində yerləşən Cədid bazarında törədilmişdir. Partlayıcı qurğu restoran yanında işə salınmışdır. Daxili İşlər Nazirliyi ölənlərin, həqiqətən də, 8 nəfər olduğunu bəyan etsə də, agentlik belə hesab edir ki, bir müddət sonra qurbanların sayının artdığı haqda məlumat veriləcəkdir.
Agentlik bu iki terror aktını son vaxtlar İraqda baş vermiş ikinci nəhəng partlayış kimi xarakterizə edir. Avqustun 10-da Mosul şəhəri yaxınlığında iki yük avtomobilinin partladılması nəticəsində 34 nəfər həlak olmuşdu. Agentlik qeyd edir ki, ABŞ qoşunlarının İraq şəhərlərindən çıxarılmasından sonra ölkədə zorakılıqla öldürülənlərin sayı artmışdır.

Digər xəbərlər