PDF Oxu

Dünya

  • 4

ABŞ hərbi təlimatçıları Gürcüstana qayıdıb

ABŞ hərbi təlimatçıları Gürcüstana qayıdıb
RİA "Novosti" informasiya agentliyinin "İmedi" telekompaniyasına əsaslanaraq, yaydığı məlumata görə, bir qrup Amerika hərbi təlimatçısı Gürcüstana gəlmişdir. Onlar Gürcüstan əsgərlərinə Əfqanıstandakı koalisiya qüvvələri daxilində keçirilən hərbi əməliyyatlarda iştirak etməyin sirlərini öyrənəcəklər. "İmedi"nin məlumatına görə, ABŞ-ın ilk təlimatçılar qrupunun tərkibi beş nəfərdən ibarətdir. ABŞ hərbi komandanlığı isə məlumat verirdi ki, Gürcüstana gələn dənizçi piyadalarının sayı 60-70 nəfərdən ibarət olacaqdır.
Avqustun 6-da Gürcüstan parlamenti prezident Mixail Saakaşvilinin Əfqanıstana bir piyada rotası və bir piyada batalyonu göndərməsi təklifinə razılıq vermişdir. Nəzərdə tutulan rota Əfqanıstandakı Fransa hərbi kontingenti, batalyon isə ABŞ kontingenti daxilində fəaliyyət göstərəcəkdir. İlk Gürcüstan hərbi qrupu bu ilin noyabrında Əfqanıstana göndəriləcəkdir. Batalyonun hazırlığını amerikalılar sentyabrın 1-dən başlamaq istəyirlər. ABŞ hərbi komandanlığı Gürcüstana silah satmayacağını bildirir.

Digər xəbərlər