PDF Oxu

Dünya

  • 9

Şimali Koreya ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib

Şimali Koreya ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib
"Assoşieyted Press" informasiya agentliyinin avqustun 17-də yaydığı məlumata görə, Şimali Koreya silahlı qüvvələrinin komandanlığı ordunu yüksək hazırlıq vəziyyətinə gətirmişdir. Agentlik bu cür qərarın qəbul edilməsini avqustun 17-də ABŞ və Cənubi Koreya ordularının birgə hərbi təlim keçirmələri ilə əlaqələndirir. Pxenyan Vaşinqton və Seulun birgə hərbi təlimlər keçirməsini öz təhlükəsizliyinin təhdidi kimi qəbul edir və gözlənilməz ciddi cavab zərbəsi endirəcəyi ilə hədələyir.
Şimali Koreya hökuməti ölkə əhalisinə müraciət edərək, bildirmişdir ki, hamı yekdilliklə Vaşinqton və Seulun hərbi təlimlərini diqqətlə izləsin və təcüvüzkar cəhd aşkar edəcəkləri təqdirdə, hakimiyyət orqanlarına məlumat versin. Şimali Koreya hökuməti ABŞ və Cənubi Koreyanın hərbi təlimlərinə rəsmi cavab vermək niyyətindədir. Avqustun 16-da Pxenyan artıq həm ABŞ-a, həm də Cənubi Koreyaya xəbər göndərmişdir ki, istifadədə olan nüvə silahının köməyi ilə hər iki ölkəni yer üzündən silməyə qadirdir. Pxenyan təklif edir ki, tərəflər təlim zamanı təxribat aktlarına əl atmasınlar.

Digər xəbərlər