PDF Oxu

Dünya

  • 6

Ekvador sosilizmi inqilabi “komitəçiləri” müdafiə edəcək

Ekvador sosilizmi inqilabi “komitəçiləri” müdafiə edəcək
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Ekvador sosialist hökuməti ölkədə inqilabın müdafiəsi üzrə komitələr şəbəkəsi yaratmağı planlaşdırır.
Özünün telemüraciətində ölkənin vitse-prezidenti Lenin Moreno demişdir ki, yerli ictimai təşkilatlar Kuba və Venesuelada fəaliyyət göstərən analoji komitələrə bənzəyəcəkdir.
Agentliyin izahına görə, Kubada fəaliyyət göstərən inqilabı müdafiə komitələri milli ictimai təşkilatlar daxilində fəaliyyət göstərir. Ölkənin şəhər və kənd müəssisələrinin hamısında bu cür təşkilatların şöbələri fəaliyyət göstərir. Bu cür şöbələr bəzi ucamərtəbəli evlərdə də yaradılır.
Ekvadorun təhlükəsizlik məsələləri üzrə naziri Migel Karvahalın agentliyə verdiyi məlumata görə, onların təşkil etdiyi komitələr yerli hökumət nümayəndələri və məmurların işinə nəzarət edərək, ölkədə sabitliyin pozulmasına yol verməyəcəkdir. "Biz, sadəcə olaraq, demokratiyanın dərinləşməsi üzərində iş aparırıq" deyə M.Karvahal bildirmişdir.
2006-cı ilin noyabrında seçkilərdə Ekvador Sosialist Partiyasının köməyi ilə qalib gələn indiki prezident Rafael Korrea ölkədə "XXI əsrin sosializmi"ni yaradacağını vəd etmişdir. Ekvadorda keçirilən islahatlar nəticəsində ölkənin nəhəng istehsal sahələrinin əksəriyyəti milliləşdirilmişdir.

Digər xəbərlər