PDF Oxu

Dünya

  • 13

Türkmənistan “Qazprom”la konflikt zəminində İrana qaz qoyuluşunu iki dəfə artırıb

Türkmənistan “Qazprom”la konflikt zəminində İrana qaz qoyuluşunu iki dəfə artırıb
"Kommersant" qəzetinin yazdığına görə, Türkmənistan 2009-cu ilin dekabrında Dövlətabad-Seraxs-Xangeran qaz boru xəttinin əlavə qolunu işə salıb İrana qaz qoyuluşunu iki dəfə artırmağı planlaşdırmışdır. Bunun səbəbi Aşqabadın "Qazprom"la konflikti olmuşdur. Bundan sonra Türkmənistan İrana il ərzində 8 milyarddan 20 milyardadək qaz ixrac edəcəkdir.
Türkmənistan İrana Korpece yatağında istehsal edilən Korpece-Kurt-Kui qaz borusu vasitəsi ilə İrana 8 milyard kubmetr həcmində qaz ötürür. İl ərzində Dövlətabad yatağında istehsal olunan qazın 12,5 milyard kubmetri İrana ixrac ediləcəkdir.
Hazırda İran Rusiya ilə bərabər Türkmənistan qazının ənənəvi alıcısı qismində çıxış edir. Dövlətabad yatağından Rusiyaya il ərzində 30-42 milyard kubmetr qaz ixrac edilir. Rusiya 2009-cu ilin aprelində Özbəkistan sərhədində SATS-4 qaz boru xəttinin partladılmasından sonra Türkmənistandan qaz almaqdan imtina etmişdir. Qaz borusunun partladılmasında Moskvanı ittiham edən Aşqabad Rusiya kompaniyaları ilə bağladığı qaz müqavilələrini dondurmaq qərarı qəbul etmişdir.

Digər xəbərlər