PDF Oxu

Dünya

  • 14

Partlayış nəticəsində İraqda 21 nəfər həlak olub

Partlayış nəticəsində İraqda 21 nəfər həlak olub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İraqın şimalında yerləşən Sincər şəhərində baş vermiş partlayış nəticəsində ən azı 21 nəfər həlak olmuşdur. Partlayıcı qurğular iki terrorçu tərəfindən şəhərin kafelərindən birində qoyulmuş və sonradan işə salınmışdır. Sincər xəstəxanasının direktoru Kifah Mahmudun dediyinə görə, yaralı vəziyyətdə xəstəxanaya gətirilmiş 32 nəfərdən 18-nin vəziyyəti ağır olaraq qalmaqdadır. Agentlik qeyd edir ki, 3 nəfər xəstəxanaya aparılarkən yolda keçinmişdir.
Sincər şəhərinin əhalisinin əksəriyyəti yəzdi kürdləridir. Bu xalqın özünəməxsus dini var. Həmin dində islam, xristianlıq, iudaizm və zərdüştiliyin elementləri özünü göstərməkdədir. Bu təriqət nümayəndələri İraqda tez-tez müsəlman ekstremistlərinin qurbanına çevrilirlər. Müsəlman ekstremistləri belə hesab edirlər ki, bu bütpərəst kürdlər şeytana səcdə edirlər.
2007-ci ilin avqustunda kamikadzelər tərəfindən törədilmiş terror aktları zamanı 400 nəfərdən çox yəzdi kürdü həlak olmuşdur.

Digər xəbərlər