PDF Oxu

Dünya

  • 9

ABŞ və Rusiyanın Əfqanıstanın hərbi tranziti haqda razılaşması sentyabrda qüvvəyə minəcək

ABŞ və Rusiyanın Əfqanıstanın hərbi tranziti haqda razılaşması sentyabrda qüvvəyə minəcək
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Aleksandr Verşbou ABŞ və Rusiya arasında Amerikanın hərbi yüklərinin Əfqanıstana tranziti haqda razılaşmanın müddətini açıqlamışdır.
A.Verşbounun dediyinə görə, sənəd imzalandıqdan 60 gün sonra, yəni bu ilin sentyabr ayının 6-da qanuni qüvvəyə minəcəkdir. Ancaq o, təyyarələrin faktiki uçuşlarının müddəti haqda heç bir məlumatının olmadığını da dediklərinə əlavə etmişdir. Rusiyanın hava məkanında Amerika hərbi yüklərinin Əfqanıstana çatdırılması haqda razılaşma iyulun 6-da Barak Obamanın Moskva səfəri zamanı imzalanmışdır. Rusiyanın kütləvi informasiya vasitələrinin məlumatına görə, hər gün Rusiyanın hava məkanından ABŞ-ın 12 yük təyyarəsi Əfqanıstana uçacaqdır.
A.Verşbou "İnterfaks"a verdiyi müsahibəsində digər məsələlərə də toxunmuşdur. Bunların arasında başlıca yeri Rusiya-Gürcüstan müharibəsi, Vaşinqton və Tbilisinin hərbi əməkdaşlığı, ABŞ-ın Avropada quraşdırmağa cəhd etdiyi raketdən müdafiə əleyhinə sistemlər, İran və Şimali Koreya ilə nüvə planını danışıqları tuturdu. Onun dediyinə görə, Moskva və Vaşinqton arasında qarşılıqlı əlaqə olsaydı, tərəflər Rusiya-Gürcüstan hərbi konfliktinin qarşısını ala bilərdilər. A.Verşbou qeyd etmişdir ki, Rusiyanın öz hərbi bazasının Qırğızıstan ərazisində yerləşdirməsi məsələsinə ABŞ-ın münasibəti normaldır. O, bu planı Moskva və Bişkek arasında "normal münasibət" kimi dəyərləndirmişdir.

Digər xəbərlər