PDF Oxu

Dünya

  • 6

Polşa İsrailin pilotsuz təyyarələri ilə maraqlanıb

Polşa İsrailin pilotsuz təyyarələri ilə maraqlanıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Polşa İsraildən pilotsuz uçan aparatlar almaq niyyətindədir. Bu məlumat agentliyə Polşanın müdafiə naziri Boqdan Kliçin bəyanatından sonra daxil olmuşdur. Polşa hərbçiləri kiçikdən-böyüyədək bir neçə uçan pilotsuz aparatlar almaq istəyirlər.
B.Kliçin dediyinə görə, İsraildə rəsmi səfərdə olarkən, o, bir neçə hərbi istehsalat müəssisələrinə getmişdir. O, bu müəssisələrdə yüksək keyfiyyətli uçan pilotsuz təyyarələr istehsal edildiyini bildirmişdir.
Polşa müdafiə nazirinin bu bəyanatı hökumətin Əfqanıstandakı hərbi kontigentini artımaq haqda təklifdən sonra səslənmişdir. Hazırda Əfqanıstandakı beynəlxalq qruplaşmalar daxilində 2000 Polşa hərbiçisi xidmət edir. Bu həftə isə Varşava belə bir bəyanat vermişdir ki, Əfqanıstana 200 nəfər əlavə hərbi qulluqçu göndərəcəkdir.
Avqustun 10-da Əfqanıstanın mərkəzi hissəsində yerləşən Qazani əyalətində beynəlxalq qüvvələrlə döyüşçülər arasında baş vermiş toqquşma zamanı bir Polşa hərbi qulluqçusu öldürülmüş, dörd nəfəri isə yaralanmışdır. 2002-ci ildən etibarən Əfqanıstanda 10 Polşa hərbçisi qətlə yetirilmişdir.

Digər xəbərlər