PDF Oxu

Dünya

  • 8

Filippinin cənubunda keçirilən xüsusi hərbi əməliyyatda 45 nəfər həlak olub

Filippinin cənubunda keçirilən xüsusi hərbi əməliyyatda 45 nəfər həlak olub
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, Filippin ordusunun Basilan ada əyalətində islam silahlıları əleyhinə keçirdiyi hərbi əməliyyat nəticəsində ən azı 45 nəfər həlak olmuşdur. Filippin ordusundan olan mənbənin məlumatına görə, hərbçilərlə silahlılar arasında gedən döyüş təxminən 8 saat çəkmişdir. Filippin ordusunun briqada generalı Rustiko Herreronun mətbuat konfransında verdiyi məlumata görə, hökumət qoşunları "Əbu Səyyaf" islam qruplaşmasının məşq bazalarından birinin məhv edilməsi yönündə apardığı genişmiqyaslı hərbi əməliyyat nəticəsində düşmən tərəf 22 nəfər, Filippin ordusu isə 23 əsgər itirmişdir. Kontr-admiral Aleksander Pamanın məlumatına görə, Basilanda keçirilən hərbi əməliyyat nəticəsində 40 üsyançı məhv edilmişdir. O, ordunun verdiyi itkilər haqda məlumat verməmişdir. "Əbu Səyyaf" qruplaşmasının 350-yə yaxın üzvü var və o, "Cemaa İslamiyyə" təşkilatına daxildir. Bu təşkilatın "Əl-Kaidə" ilə əlaqəsinin olduğu da məlumdur. Terrorçu qruplaşma üzvləri 2004-cü ildə Filippinin Manila buxtasında sərnişin bərəsini batırmışlar və nəticədə 100 nəfərə yaxın sərnişin həlak olmuşdu. Filippin tarixində bu, ən genişmiqyaslı terror aktı hesab edilir.

Digər xəbərlər