RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, NATO-nun baş katibi Anders Foq Rasmussen belə bir bəyanat vermişdir ki, Rusiya ilə alyansın münasibətlərində görüntü yaradan "qara səhifəni çevirmək" niyyətindədir. Bu məlumatı jurnalistlərə Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitrii Roqozin avqustun 11-də Foq Rasmussenlə görüşündən sonra çatdırmışdır. D.Roqozinin dediyinə görə, Moskva Şimali Atlantika Alyansı ilə birbaşa hərbi-texniki əməkdaşlığa başlamaq fikrindədir. Diplomat dediklərinə onu da əlavə etmişdir ki, görüş zamanı tərəflər əməkdaşlığın, siyasi aspektlər də əlavə edilməklə, bütün aspektlərini müzakirə etmişlər.
Məlumata görə, D.Roqozin görüşdən əvvəl Foq Rasmussenə Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən sentyabrda Nyu-Yorkda keçiriləcəyi nəzərdə tutulan BMT-nin baş assambleyasının yığıncağına dəvətnamə təqdim etmişdir. BMT və Rusiya arasındakı münasibətlər bir il əvvəl Rusiya-Gürcüstan silahlı konflikti zamanı praktik olaraq pozulmuşdu.
Rusiya Şurası-NATO yığıncaqları yalnız 2009-cu ilin aprelində bərpa edilmişdi. D.Roqozinin dediyinə görə, alyans Rusiyanı Somali quldurları ilə birgə əməliyyata dəvət etmişdi. Danimarkanın keçmiş baş naziri Anders Foq Rasmussen NATO-nun baş katibi vəzifəsinə avqustun 1-dən başlamışdır. Əvvəllər bəyan edildiyi kimi, onun bu sahədəki başlıca işlərindən biri də alyansın yeni strateji konsepsiyasının hazırlanması olacaqdır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...