PDF Oxu

Dünya

  • 7

Kosta-Rika prezidenti “donuz qripi”nə tutulub

Kosta-Rika prezidenti “donuz qripi”nə tutulub
"Frans Press" agentliyinin yaydığı məlumatına görə, Kosta-Rika prezidenti Oskar Arias "donuz qripi" adlanan A/H1N1 virusuna yoluxmuşdur. Kosta-Rika prezident administrasiyasının başçısı və prezidentin qardaşı Rodriqo Ariasın verdiyi məlumata görə, 67 yaşlı ölkə prezidenti öz iqamətgahında müalicə olunur və o, ən azı 7 gün izolyasiya şəraitində saxlanılacaqır. Bronxial astmadan da əziyyət çəkən O.Arias prezident səlahiyyətlərini heç kimə ötürməyəcək və ölkəni öz iqamətgahından idarə edəcəkdir.
Ümumdünya Səhiyyə Təşkilatının avqustun 7-nə olan məlumatına görə, Kota-Rikada 755 nəfər "donuz qripi"nə tutulub və onların 25 nəfəri vəfat edib.
Son vaxtlar Nobel mükafatı laureatı O.Arias Qondurasdakı böhran vəziyyətinin nizama salınmasında aktiv fəaliyyət göstərirdi. O, devrilmiş prezident Manuel Selayya və müvəqqəti olaraq Qonduras dövlət başçısı səlahiyyətlərini icra edən Roberto Miçeletti arasında vasitəçilik etmişdir.

Digər xəbərlər