PDF Oxu

Dünya

  • 11

Küveytdə “Əl-Kaidə”nin ABŞ bazasına hücumunun qarşısı alınıb

Küveytdə “Əl-Kaidə”nin ABŞ bazasına hücumunun qarşısı alınıb
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, Küveytin xüsusi xidmət orqanı əməkdaşları "Əl-Kaidə"nin terrorçu sui-qəsdinin qarşısını almışlar. Terror aktı iştirakçıları Küveyt ərazisində yerləşən ABŞ hərbi bazalarında bir neçə terror aktı törətməyi planlaşdırmışdılar.
Cəmi 6 Küveyt vətəndaşı həbs edilmişdir. Onların hamısı "Əl-Kaidə" terrorçu təşkilatı ilə əlaqəli olmuşlar. Küveytin Daxili İşlər Nazirliyinin nümayəndəsinin dediyinə görə, məhbusların hamısı günahlarını etiraf etmişlər. Terrorçuların Küveytin neft infrastrukturları obyektlərini hədəfə almaları haqda, hələlik, heç bir məlumat yoxdur.
"Frans Press" agentliyinin məlumatına görə, ABŞ-ın hərbi bazalarında partlayışlar müsəlmanların müqəddəs bayramı Ramazan ayında başlanmalı idi. Həmin bayram avqustun 21-də başlayır.
Hazırda Küveytdə 15 min nəfərə yaxın ABŞ hərbi quluqçusu xidmət etməkdədir. Bundan başqa bu ölkə ərazisindən ABŞ-ın İraqdakı hərbçilərini təmin etmək üçün böyük tranzit xətti keçir.

Digər xəbərlər