PDF Oxu

Dünya

  • 8

Gürcüstan Rusiyanın xarici hərbi əməliyyatı qanununun mahiyyətini açıb

Gürcüstan Rusiyanın xarici hərbi əməliyyatı qanununun mahiyyətini açıb
Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiya silahlı qüvvələrinin xaricdə tətbiqi haqqındakı qanun layihəsini "hüquq dairəsinə keçirmək" kimi dəyərləndirir. Həmin layihəni Rusiya Dövlət Dumasına prezident Dmitri Medvedev təqdim etmişdir.
"İnterfaks"ın məlumatına görə, avqustun 10-da bu cür bəyanatla Zurab Kaçkaçişvili çıxış etmişdir. Z.Kaçkaçişvili belə hesab edir ki, D.Medvedev Rusiyanın, "əsasən, keçmiş ənənələrlə" yaşamaqda davam etməsini dəstəkləyir. "Rusiya rəhbərliyi elə bir vasitə tapmağa cəhd edir ki, onun köməyi ilə beynəlxalq ictimaiyyəti öz tezislərinə inandırmağa nail olsun" deyə Z.Kaçkaçişvili bildirmişdir.
D.Medvedev yeni qanun layihəsini Dövlət Dumasına parlamentdə təmsil edilmiş siyasi partiyaların liderləri ilə görüşündə bəyan etmişdi. O, izah etmişdi ki, bu təşəbbüs ötənilki Rusiya-Gürcüstan konflikti ilə əlaqədardır və bu cür vəziyyətin yenidən təkrar olunmaması üçün Rusiya ordusunun xaricdə hərəkət etmək üçün fəaliyyət proqramı olmalıdır. Məlum olduğu kimi, 2008-ci ilin avqust ayında Rusiya ordusu "öz vətəndaşlarını qorumaq üçün" Cənubi Osetiya ərazisinə daxil olmuşdu. Avqustun axırlarında Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımışdı. Bundan sonra Gürcüstan Rusiya ilə diplomatik münasibətləri pozmuşdu. Rəsmi Tbilisi Rusiya ordusunun işğal etdiyi Abxaziya və Cənubi Osetiyanı öz ərazisi hesab edir.

Digər xəbərlər