PDF Oxu

Dünya

  • 14

Tacikistanda 5 islamçı azadlıqdan məhrum edilib

Tacikistanda 5 islamçı azadlıqdan məhrum edilib
"İTAR-TASS" informasiya agentliyinin yaydığı məlumata görə, avqustun 10-da Tacikistanın Ali Məhkəməsi 5 islam fundamentalistini azadlıqdan məhrum etmişdir. Onlara 3-6 il iş kəsilmişdir. Həbs olunanlar konstitusiyanın güc tətbiq etmək yolu ilə dəyişdirilməsi haqda rəsmi çağırışlar etməkdə itiham edilmişlər.
RİA "Novosti"nin məlumatına görə, azadlıqdan məhrum edilmiş Mahmud Məhmədxocayev müasir Tacikistan ərazisində doğulsa da, Rusiya vətəndaşıdır. O, 6 il azadlıqdan məhrum edilmişdir. Qalan 4 müttəhim Tacikistan vətəndaşlarıdır. Onların hamısını 2009-cu ilin mayında Düşənbə şəhərinin məscidlərindən birində həbs etmişlər. Onların hamısı fəaliyyəti Tacikistanda qadağan edilmiş "Camaat Tabliq" dini-ekstremist hərəkatının üzvləri olmuşlar. Bu qurum Rusiya tərəfindən terrorçu təşkilat kimi tanınır. Təşkilatın başlıca məqsədi dünyanı islamlaşdırmaqdır. "İTAR-TASS"ın məlumatına görə, məhkumlar öz ideyalarını məscidlərdə yaymışlar.
2009-cu ilin martında Tacikistan parlamenti vəhhabizmlə mübarizə aparmaq məqsədilə hənəfizmi ölkənin rəsmi islam cərəyanı kimi tanımışdır. Ölkə prezidenti İmaməli Rəhman parlamentin bu qərarını dəstəkləmişdir.

Digər xəbərlər