PDF Oxu

Dünya

  • 15

ABŞ kosmik təhlükəsi Rusiyanı təhdid edir

ABŞ kosmik təhlükəsi Rusiyanı təhdid edir
2030-cu ildə ABŞ kosmosdan bütün Rusiya ərazisinə zərbə endirmək imkanında olacaqdır. RİA "Novosti" informasiya agentliyinin yazdığı məlumata görə, avqustun 11-də bu cür bəyanatla Rusiyanın hərbi-hava qüvvələrinin baş komandanı, general-polkovnik Aleksandr Zelin çıxış etmişdir. Generalın dediyinə görə, 2020-cı ildə Rusiyada hərbi-kosmik müdafiə məqsədləri üçün yeni növ silahlı qüvvələri yaradılacaqdır.
A.Zelin 2030-cu ilədək hərbi-kosmik məkanın vahid silahlı mübarizə dairəsinə çevrilməsi üçün köklü dəyişikliklər baş verəcəyini bildirmişdir. Hazırda xarici ölkələrin hərbi-kosmik hücum vasitələrinin inkişaf etdirilməsi məhz buna xidmət edir. Bununla əlaqədar Rusiya hərbi-hava qüvvələrinin baş komandanı demişdir: "Xarici ölkələrin, ilk növbədə, ABŞ-ın hərbi-hava qüvvələri qlobal dairədə bütün Rusiya ərazisinə koordinasiya edilmiş dəqiq zərbələr endirmək imkanında olacaqdır."
2020-ci ildə Rusiyanın yeni növ silahlı qüvvələr yaratması, generalın fikrincə, bu ölkənin öz hərbi-hava qüvvələrini təkmilləşdirməsinə xidmət edəcəkdir. General belə hesab edir ki, dinc dövrdə yeni hərbi struktur potensialı təcavüzkarın qarşısının alınmasına xidmət etməlidir. A.Zelinin fikrincə, bu dövürdə hərbçilər arsenalda olan adi, eləcə də, nüvə silahları ilə təcavüzkarı dəf etmək gücündə olmalıdır.
2009-cu il iyulun 3-də Rusiya ordusunda hərbi-kosmik müdafiəsahəsində strateji komandalıq birliyi yaradılmışdır. "Almaz-Antey" havadan müdafiə konserinin baş direktoru Vladislav Menşikovun dediyinə görə, 2007-ci ilin avqustunda istifadəyə buraxılmış S - 400 - zenit raket sistemi Rusiyanın başlıca kosmik-hava müdafiə vasitəsi olacaqdır.

Digər xəbərlər