PDF Oxu

Dünya

  • 15

Xameneyinin tənqid etdiyi həbsxana rəisi həbs edilib

Xameneyinin tənqid etdiyi həbsxana rəisi həbs edilib
"CNN" telekanalının avqustun 9-da verdiyi məlumata görə, İranın Kəhrizak həbsxanasının başçısı vəzifəsindən azad edilərək həbs edilmişdir. İyulun axırlarında ayətullah Əli Xameneyi demişdir ki, Kəhrizak həbsxanasında məhbusların hüquqları qorunmur. O vaxt belə qərar qəbul edilmişdir ki, bu həbsxana bağlanılsın.
Kəhrizak həbsxanasında bu ilin iyununda təşkil edilmiş etiraz aksiyalarının iştirakçıları saxlanılırdı. Rəsmi məlumata görə, həbsxanada 350 nəfərədək etiraz aksiyası iştirakçısı saxlanılırdı. İyul ayında onların 150 nəfəri azadlığa buraxıldı, 200 nəfəri isə istintaqa cəlb edildi. Müxalifətçilər belə hesab edirlər ki, həbs edilmiş etiraz aksiyası iştirakçıları hakimiyyət nümayəndələrinin dediklərindən çoxdur. Avqustun 1-də 100 nəfərə yaxın müxalifət tərəfdarlarının işi məhkəmələrə təqdim olunmuşdur.

Digər xəbərlər