PDF Oxu

Dünya

  • 10

Los-Anceles həbsxanasında baş vermiş qiyam nəticəsində 250 məhbus xəsarət alıb

Los-Anceles həbsxanasında baş vermiş qiyam nəticəsində 250 məhbus xəsarət alıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Koliforniya ştatının cənubunda Los-Anceles yaxınlığında yerləşən həbsxanalardan birində baş vermiş qanun pozuntusu nəticəsində 250 nəfərədək məhbus müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Onların 55 nəfəri xəstəxanaya çatdırılmışdır. Həkimlərin dediklərinə görə, məhbusların vəziyyəti ağırdır. Həbsxana personalı arasında bədən xəsarəti alan olmamışdır.
Çinno şəhərində qiyam avqustun 8-dən 9-na keçən gecə baş vermişdir. Qanun pozuntusu 4 saat davam etmişdir. Qiyamda 1300 məhbusun iştirak etdiyi bildirilir. Məhbuslar həbsxana ərazisində olan bir tikilini yandırmışlar. Hadisənin təhqiqatı aparılır.

Digər xəbərlər