PDF Oxu

Dünya

  • 8

İraqda terror aktları nəticəsində 41 nəfər həlak olub

İraqda terror aktları nəticəsində 41 nəfər həlak olub
"Assoşieyted Press" informasiya agentliyinin avqustun 10-da yaydığı məlumata görə, İraqın şimalında yerləşən Mosul şəhəri dairəsində baş vermiş bir neçə terror aktı nəticəsində 41 nəfər həlak olmuş, 15 nəfər yaralanmışdır. Avqustun 10-da səhər Mosulun 20 kilometrliyində yerləşən Xəznə şəhərində içərisinə partlayıcı qurğu bərkidilmiş iki yük avtomobili partladılmışdır. Nəticədə 25 nəfər həlak olmuş, 70 nəfər yaralanmışdır. Partlayış nəticəsində 35 kənd evi darmadağın edilmişdir. Bazar ertəsi səhər Bağdadın müxtəlif sahələrində dayanmış iki avtomobil partladılmışdır. Birinci partlayış Bağdadın qərbində baş vermişdir. Nəticədə 9 nəfər həlak olmuş, 46 nəfər yaralanmışdır. İkinci terror aktı Bağdadın şimalında baş vermişdir. 7 nəfər həlak olmuş, 35 nəfər yaralanmışdır. Hakimiyyət dairələri terror aktlarının baş verməsini rəsmi surətdə tədiq etmişdir.

Digər xəbərlər