PDF Oxu

Dünya

  • 10

İspaniyada 5 polisin qətlində şübhəli bilinən ETA üzvü həbs edilib

İspaniyada 5 polisin qətlində şübhəli bilinən ETA üzvü həbs edilib
İspaniyanın "ABC" qəzetinin yazdığına görə, Madridin "Baraxas" aeroportunda İspaniya polisi Xuan Manuel İnisyarte Qalyardo adlı ETA Bask separatçı qruplaşmasının bir üzvünü həbs etmişdir. Həmin şəxs 5 polisin və bir hamilə qadının qətlində şübhəli bilinir.
Buto və Xeremias təxəllüslü Qalyardonun həbsinə order hələ 1991-ci ildə verilmişdir. Qalyardonun törətdiyi cinayətlər 1983-1985-ci illərdə baş vermişdir. O vaxt bu şəxs ETA separatçı qruplaşmasının üzvü olmuşdur. Törətdiyi qətllərdən sonra Qalyardo ETA rəhbərliyinin razılığı ilə 1986-cı ildə Nikaraquaya getmişdir. Bu şəxs orada sandinist hökumətinin xidmətində durmuşdur.
1990-cu illərdə sandinistçilər növbəti seçkiləri uğursuzluqla başa vurduqdan sonra 1993-cü ildə Nikaraqua hökuməti üç ETA üzvünü İspaniyaya deportasiya etmişdir. Qalyardo Kubaya, oradan da Meksikaya getmişdir. İspaniya polisinin məlumatına görə, son vaxtlaradək o, Meksikada gizlənirdi.
ETA Bask qruplaşması 1959-cu ildə yaradılmışdır. Qruplaşmanın başlıca məqsədi Bask torpaqlarında (İspaniya və Fransa ərazilərinin bir hissəsi) öz müstəqil dövlətini qurmaqdır. Bu məqsədlə onlar mütəmadi olaraq terror aktlarına əl atırlar. ETA-nın ən fəal dövürləri 1978-1988-ci illər olmuşdur.

Digər xəbərlər