PDF Oxu

Dünya

  • 10

Tailandda “Tamil pələngləri”nin yeni lideri həbs edilib

Tailandda “Tamil pələngləri”nin yeni lideri həbs edilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, "Tamil-İlam azadlıq pələngləri" üsyançı hərəkatın yeni lideri Selvarasa Patmanatan Tailandda həbs edilmişdir. Məlumata görə S.Patmanatan Tailandın paytaxtı Banqkokda bir neçə üsyançı həmkarı ilə birlikdə həbs edilmiş və Şri-Lanka hökumətinə təqdim edilmişdir. Həbsin detalları haqda geniş məlumat verilmir.
"BBC"-nin məlumatına görə, üsyançıların yeni lideri bir neçə il Tailandda yaşayaraq, Şri-Lanka hökumətindən gizlənmişdir. Pantmanatan İnterpol tərəfindən axtarışda olmuşdur. Onu "Tamil pələngləri"nə silah çatdırmaqda ittiham edirdilər. Təşkilatın keçmiş lideri həlak olduqdan sonra iyulun 23-də Patmanatanı yeni lider təyin etmişlər. Əvvəlki lider Velupillay Prabxakaran mayın 18-də silahlı qarşıdurma zamanı öldürülmüşdür.
"Tamil-İlam azadlıq pələngləri" öz müstəqillikləri uğrunda 27 il mübarizə aparmışlar. 2009-cu ilin 18 mayında Şri-Lanka hökuməti üsyançılar əleyhinə əməliyyatı başa çatdırmışdır.

Digər xəbərlər