PDF Oxu

Dünya

  • 10

Gürcüstan Əfqanıstana piyada rotası və batalyon göndərəcək

Gürcüstan Əfqanıstana piyada rotası və batalyon göndərəcək
"Novosti-Qruziya" informasiya agentliyinin yaydığı məlumata görə, avqustun 6-da Gürcüstan parlamenti prezident Mixail Saakaşvilinin təklifini qəbul edərək, Əfqanıstana bir piyada rotası və bir batalyon göndərməyə razılıq vermişdir. Deputatların 80 faizi bu qərarın lehinə səs vermişlər. "Prezident belə bir təklif vermişdir ki, biz Əfqanıstandakı Fransa kontingentinə tabe olacaq bir rota, ABŞ kontingentinin tərkibində qulluq edəcək bir batalyon və Türkiyə kontingentində qulluğunu baş vuracaq iki hərbi qulluqçunun göndərilməsinə razılıq verək" deyə Gürcüstan parlamentinin spikeri David Bakradze bəyan etmişdir.
Deputat Georgi Kadelakinin dediyinə görə, bu qərarın lehinə səs verməyinin səbəbi əsgər və qulluqçuların NATO ölkələri ilə birlikdə xidmət edib hərbi təcrübə toplamalarına xidmət edir ki, bu da Gürcüstana alyansın üzvlüyünə girmək üçün şans verir. Gürcüstanın müdafiə naziri David Sixarulidze parlametin qərarını şərh edərkən, demişdir ki, ölkəmiz azad dünyanın bir hissəsi olduğu üçün o da hamı ilə birlikdə ciddi məsələlərin həllində yaxından iştirak etməlidir.

Digər xəbərlər