PDF Oxu

Dünya

  • 11

Əhmədinejad prezident andı içib

Əhmədinejad prezident andı içib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, avqustun 5-də Mahmud Əhmədinejad İran parlamentindəki təntənəli mərasimdə prezident kürsüsünü tutmaq üçün and içmişdir. Bu andan etibarən, onun dövlət başçısı postunda ikinci prezidentlik müddəti başlanmışdır. O öz bəyanatında demişdir ki, iyunun 12-də keçirilən prezident seçkilərində rəqibləri üzərində qazandığı qələbə İranda kardinal dəyişikliklərin başlanğıcını qoymuşdur. Əhmədinejad vəd etmişdir ki, ölkəyə təzyiq göstərməyə cəhd edən qüvvələr onun rəhbərliyi ilə hüquq-mühafizə orqanları tərəfindən məhv ediləcəkdir.
Avqustun 3-də İranın ali dini lideri ayətullah Əli Xameneyi Əhmədinejadın prezidentliyini rəsmi surətdə təsdiq etmişdir. ABŞ, Fransa, Almaniya və Böyük Britaniya rəhbərliyi belə bir bəyanat vermişdir ki, Əhmədinejadı vəzifə postu tutması ilə əlaqədar təbrik etməyəcəklər. Agentliyin məlumatına görə, mərasimin keçirildiyi zalda kifayət qədər çox boş yer qalmışdır. İranın keçmiş prezidenti Əli Əkbər Haşemi və digər müxalifət liderləri mərasimdə iştirak etməmişlər.
Müxalifətin prezidentliyə namizədləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi prezident seçkilərinin nəticələrinin saxtalaşdırıldığını bəyan etmişlər. M.Əhmədinejadın qələbəsi elan edildikdən sonra Tehranda kütləvi nümayişlər keçirilmişdir. Nəticədə 30 nəfərədək nümayişçi həlak olmuş, 1000 nəfər yaralanmış və 2000 nəfərədək adam həbs edilmişdir.
Müxalifət nümayəndələri son vaxtlarda nümayiş keçirməyə cəhd etdiyindən inauqurasiya mərasimi zamanı parlament binası ətrafına xüsusi xidmət dəstələri gətirilmişdir. Əhmədinejad prezident andı içdikdən iki həftə sonra hökuməti formalaşdırmaq hüququ qazanacaqdır. Ancaq parlament həmin hökuməti tanıyacağı haqda qərar qəbul etməlidir.

Digər xəbərlər