PDF Oxu

Dünya

  • 6

Bill Klinton Kim Çen İrdən üzr istəməyib

Bill Klinton Kim Çen İrdən üzr istəməyib
"KCNA" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın keçmiş prezidenti Bill Klinton KXDR-in lideri Kim Çen İrdən üzr istəməyi lazım bilməmişdir. Xatırladırıq ki, Amerika jurnalistləri Lora Lin və Yuna Li Kim Çen İr hökumətinə "düşmən" münasibəti bəslədiklərini bildirmişdilər. ABŞ prezidenti administrasiyasının adının gizlin qalmasını istəyən nümayəndəsi haqqında söhbət gedən məlumatın gerçəkliklə heç bir əlaqəsi olmadığını bildirmişdi.
Avqustun 4-də ABŞ-ın keçmiş prezidenti Bill Klinton Pxenyanda Kim Çen İrlə görüş keçirmişdir. Şimali Koreya lideri ölkə məhkəməsi tərəfindən uzun müddət azadlıqdan məhrum edilmiş ABŞ jurnalist qadınları Lora Lin və Yuna Lini əfv etmişdir. Lin və Li Şimali Koreya hüdudlarını tərk edib Bill Klintonla birlikdə ABŞ-a qayıtmışlar.
Lin və Li "Current TV" telekanalında işləmiş və 2009-cu ilin martında KXDR və Çin sərhədində Şimali Koreya sərhədçiləri tərəfindən həbs edilmişdir. Şimali Koreyanın hüquq-mühafizə orqanları jurnalistləri "ölkələri əleyhinə ağır cinayətdə" ittiham etmişlər. Şimali Koreyanın kütləvi informasiya vasitələrinin məlumatına görə, Lin və Li məhkəmədə günahlarını etiraf etmişlər. İyunun 8-də Amerika jurnalistləri 12 il müddətinə azadlıqdan məhrum edilmişdir.

Digər xəbərlər