PDF Oxu

Dünya

  • 12

Üç Avstraliya terrorçusu əleyhinə ittiham irəli sürülüb

Üç Avstraliya terrorçusu əleyhinə ittiham irəli sürülüb
"Assoşieyted Press" informasiya agentliyinin avqustun 5-də yaydığı məlumata görə, Avstraliya polisi Sidney hərbi bazasına hücum etməyə hazırlaşan 3 terrorçu əleyhinə ittiham hökü çıxarmışdır.
Bu ərəfədə polis baş tutmamış hücumun dördüncü terrorçu üzvü olan 25 yaşlı Melburn sakini Naif əl-Səid əleyhinə ittiham hökmü çıxarıldığını bildirmişdi. Polis üzərinə ittiham hökmü qoyulmayan beşinci şübhəli şəxs haqda da məlumat vermişdi.
Polisin məlumatına görə, Melburnda keçirilən terror əleyhinə reyddə Livan və Somali əsilli bir qrup müsəlman həbs edilmişdir. Onların hamısı Avstraliya vətəndaşları olmuşdur. İlkin məlumata görə, sui-qəsd iştirakçıları kamikadzelik etməyə hazırlaşırdılar. Onlar Sidneydəki hərbi bazanı özləri üçün hədəf seçmişdilər. Avstraliya kütləvi informasiya vasitələrinin yazdıqlarına görə, terror aktının gerçəkləşəcəyi təqdirdə, bu, ölkə tarixində ən genişmiqyaslı terror aktı olacaqdı.
2008-ci ilin payızında Avstraliyada islam ekstremistlərinin ikinci böyük təşkilatı aşkar edilmişdir. 7 müsəlman terrorçusu Melburn stadionunda futbol matçı gedən zaman partlayış törətmək istəyirdilər. Terrorçular bu yolla Avstraliya hökumətindən öz qoşunlarını İraq və Əfqanıstan ərazisindən çıxarmağı tələb edirdilər.

Digər xəbərlər