PDF Oxu

Dünya

  • 11

Saakaşvili Rusiya ilə yeni müharibəni özünüqəsd adlandırıb

Saakaşvili Rusiya ilə yeni müharibəni özünüqəsd adlandırıb
"France 24" telekanalına müsahibə verən Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiya ilə yeni müharibəni "özünüqəsd" kimi qiymətləndirmişdir. Onun dediyinə görə, Gürcüstanın Rusiyaya hücum etməsi üçün "nə istəyi, nə də imkanı" vardır.
Gürcüstan prezidentinin dediyinə görə, Gürcüstan Rusiya ilə yox, Rusiya Gürcüstanla müharibə aparmaq istəyir. Onun dediyinə görə, Rusiya bəyan etmişdi ki, hələ Gürcüstandakı missiyasını başa çatdırmamışdır. Saakaşvili belə hesab edir ki, Rusiyanın başlıca vəzifəsi Gürcüstan hökumətini devirməkdir. Onun dediyinə görə, 120 min Rusiya hərbçisi və 200 qırıcı təyyarə sərhəd boyu düzülərək, hər an hücum əmri gözləyir. Onun fikrincə, beynəlxalq ictimaiyyətin təzyiqinin olmayacağı təqdirdə, Gürcüstan Rusiyanın "başa düşmədiyi" diplomatik dillə problemi həll edə bilməyəcəkdir.
Gürcüstanın NATO üzvlüyünə qəbul olmaq istəməsini bildirən Saakaşvili alyansın yeni baş katibi Andres Foq Rasmussenin Tbilisini daim dəstəkləyəcəyini bildirmişdir.
Rusiya-Gürcüstan müharibəsinin ildönümü ərəfəsində sərhəddə gərginlik artmağa başlamışdır. Tərəflər bir-birini təxribatlarda ittiham etməkdədir. Rusiyanın Müdafiə Nazirliyi avqustun 1-də Gürcüstana qarşı güc tətbiq edəcəyini bəyan etmişdir. Avqustun 4-də məlum olmuşdur ki, Rusiyanın Cənubi Osetiyadakı hərbçiləri hazırlıq vəziyyətinə gətirilmişdir.

Digər xəbərlər