PDF Oxu

Dünya

  • 7

Mumbay partlayışlarının təşkilatçılarına edam cəzası verilib

Mumbay partlayışlarının təşkilatçılarına edam cəzası verilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Hindistan məhkəməsi 2003-cü ildə Mumbay şəhərində terror aktları törədən təşkilatçıları edam cəzasına məhkum etmişdir. Həmin vaxt 52 nəfər həlak olmuşdu.
2009-cu ilin 27 iyulunda Aşrat Şafir Məhəmməd Ansari, Səid Məhəmməd Hənif Abdul Rəhim və arvadı Famida Səid Məhəmməd Hənif Mumbay terror aktlarında suçlu bilinmişlər. Agentliyin məlumatına görə, məhkəmənin çıxardığı qərar məhbusları qorxutmamışdır.
Məhbusların vəkilləri apellyasiya şikayəti verəcəklərini bildirmişlər. Famida Səidin vəkilinin dediyinə görə, "yoxsul və savadsız" olan bu qadın ərinin təzyiqi ilə terrorçuluğa qurşanmışdır və ona görə də, edam cəzasına layiq deyil.
Məhbusların üçü də Hindistanda fəaliyyət göstərən "Ləşkəri-Tayba" Pakistan qruplaşmasının üzvləridirlər. Hindistan hökuməti dəfələrlə bəyan etmişdi ki, 2008-ci ilin 26-28 noyabrında Mumbayda baş vermiş terror aktlarını "Ləşkəri-Tayba" qruplaşması törətmişdir. Həmin vaxt 200 nəfər həlak olmuşdu.

Digər xəbərlər