PDF Oxu

Dünya

  • 10

Nikolya Sarkozi təhdid dolu yeni məktub alıb

Nikolya Sarkozi təhdid dolu yeni məktub alıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Fransa prezidenti Nikolya Sarkozi növbəti anonim təhdid məktubu almışdır. Anonim məktub Bazedən göndərilmişdir. Poçt şöbəsi əməkdaşları onu məktubları ünvanlarına göndərərkən aşkar etmişlər. Məktubun içərisində iri kalibirli ov tüfəngi patronu olmuşdur.
Antiterror təşkilatı əməkdaşlarının təhqiqatları belə bir nəticə vermişdi ki, məktubların hamısının müəllifi eyni şəxsdir. Məktub "Biz yaddan çıxarmamışıq" sözləri ilə başlayır və "bədbəxt hadisə" olacağı ilə təhdid edir. Təhdidlər Fransa prezidenti Nikolya Sarkozi, Fransua Lefevr və Frederik Mitterana ünvanlanır. Məktubda yazılır ki, "kral və onun klanı yer üzündən silinəcək". Məktubda göstərilən "kral oğlu" ifadəsinin Fransa prezidentinin oğlu Jan Sarkoziya aid olduğu bildirilir. Məktubun axırına "34-cü özək" imzası qoyulub. Əvvəlki məktublar da bu cür imzalanmışdı.
Təhlükəsizlik idarəsinin əməkdaşları belə hesab edirlər ki, məktubu istefada olan hərbçilər göndərə bilər. Məktub müəllifi N.Sarkozini fransızların azadlığını boğmaqda ittiham edir.

Digər xəbərlər