PDF Oxu

Dünya

  • 7

Kürdlər İranda həbs edilmiş amerikalılar haqda məlumat verib

Kürdlər İranda həbs edilmiş amerikalılar haqda məlumat verib
"CNN" informasiya agentliyinin kürdlərə əsaslanaraq, yaydığı məlumata görə, İran hökuməti tərəfindən həbs edilmiş üç Amerika turistinin şəxsiyyəti müəyyən edilmişdir. İyulun 31-də İranın Kürdüstan hissəsində ABŞ vətəndaşları Şeyn Bauer, Sara Şurd və Coşua Fettal həbs edilmişlər. Piyada səyahətin dördüncü iştirakçısı xəstələnməsi səbəbindən qrupdan geri qalmışdı.
"Assoşieyted Press"in məlumatına görə, dörd ABŞ səyahətçisi əvvəl Türkiyədə olmuş, iyulun 28-də İran sərhədini keçərək Süleymaniyyə şəhərinə çatmışlar. Şon Mekfessel xəstələndiyinə görə orada qalmışdır. Digər üç səyahətçi taksiyə minərək sərhəd şəhəri Əhməd-Avaya getmişlər. Səyahətçilərin başlıca məqsədi ərəb dili va mədəniyyətini öyrənmək idi.
Kürdüstanın regional hakimiyyət nümayəndələrinin məlumatına görə Bauer, Şurd və Fettal azdıqları üçün İran sərhədini keçmişlər. Cümə günü turistlər Mekfesselə zəng edib İran hərbçilərinin onları həbs etdiklərini bildirmişlər. Bundan sonra telefon əlaqəsi kəsilmişdir. Hazırda ABŞ-ın Dövlət Departamenti İsveçrə səfirliyi vasitəsi ilə Tehranla əlaqə saxlayıb həbs edilən turistlərin taleyi haqda məlumat öyrənməyə cəhd edir.

Digər xəbərlər