PDF Oxu

Dünya

  • 11

Rusiya hərbçiləri müharibənin ildönümündə Cənubi Osetiyada təlim keçirəcək

Rusiya hərbçiləri müharibənin ildönümündə Cənubi Osetiyada təlim keçirəcək
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, avqustun 3-dən etibarən Rusiya hərbçiləri Cənubi Osetiya ərazisində təlim keçirməyə başlayacaqlar. Agentlik bu məlumatı Cənubi Osetiya prezidenti Eduard Kokoytının bəyanatından götürmüşdür. Prezidentin dediyinə görə, hərbi təlimlər Cənubi Osetiyada ötən ilin 8 avqustunda Gürcüstanla Rusiya arasında başlanmış müharibənin ildönümünə həsr edilir. Kokoytı qeyd etmişdi ki, hərbi təlimlər profilaktik xarakter daşımaqla regionun təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.
Bir neçə gün əvvəl Cənubi Osetiya hökuməti belə bir bəyanat vermişdi ki, iyulun 29-dan avqustun 1-dək Sxinvali bir neçə dəfə minomyotlardan və qumbaraatanlardan atəşə tutulmuşdur. Rəsmi məlumata görə, tanınmamış regionun silahlı qüvvələrinin müşahidə məntəqəsi də atəşə tutulmuşdur.
Bundan sonra Rusiyanın Müdafiə Nazirliyi belə bir bəyanat vermişdi ki, Cənubi Osetiyanın təhlükəsizliyi üçün hər hansı bir təhlükə törənərsə, Rusiya tərəf qarşı tərəfə güc tətbiq etməli olacaqdır. Gürcüstan hökuməti dünya ictimaiyyətini Rusiyanın "millitarist bəyanatına" cavab verməyə çağırmışdır. Avropa Birliyinin müşahidə missiyası avqustun 1-də Sxinvali və digər yaşayış məntəqələrinin atəşə tutulması haqda faktları aşkar etmədiyini bəyan etmişdir.

Digər xəbərlər